Bank Of Baku

Ceyhun Bayramov BMT-də Qlobal İnkişaf Təşəbbüsünün yüksək səviyyəli iclasında çıxış edib

Ceyhun Bayramov BMT-də Qlobal İnkişaf Təşəbbüsünün yüksək səviyyəli iclasında çıxış edib
# 26 sentyabr 2026 01:14 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Qlobal İnkişaf Təşəbbüsünün 5-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli iclasda çıxış edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov Çinin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin məqsədlərinə nail olunmasına yönəlmiş Qlobal İnkişaf Təşəbbüsünün inkişafındakı rolunu yüksək qiymətləndirib.

Nazir Prezident İlham Əliyevin Pekinə tarixi dövlət səfərindən sonra Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb.

C.Bayramov Çinin dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa hörmət prinsiplərinə əsaslanan beynəlxalq sistemin islahatı ilə bağlı baxışını alqışlayıb.

XİN rəhbəri Azərbaycanın etibarlı regional tranzit qovşağı kimi praktiki rolunu da vurğulayıb. O bildirib ki, Orta Dəhlizin davamlı modernləşdirilməsi Çinlə Avropa arasında təhlükəsiz ticarət əlaqələrinin yaradılmasına, ticarət xərclərinin birbaşa azalmasına və inkişaf etməkdə olan ölkələrin bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Ceyhun Bayramov Azərbaycanın Cənub-Cənub həmrəyliyinin gücləndirilməsinə, praktiki alətlər, texnologiyalar və resursların paylaşılmasına imkan verən effektiv əməkdaşlıq mexanizmlərinin tətbiqinə sadiqliyini bir daha təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR