Şimali Koreya iki ölkəni tamamilə ayırmaq məqsədi ilə bu gündən etibarən Cənubi Koreya ilə əlaqəli avtomobil və dəmir yolu girişini bağlayacaq.
APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Bu addım Cənubi Koreya-ABŞ hərbi manevrlərinə cavab olaraq ərazilərdə “güclü müdafiə strukturları” qurmaq məqsədi daşıdığı bildirilib.
“Cənubi Koreya ilə əlaqəli avtomobil və dəmir yollarının tamamilə bağlanması və müvafiq ərazilərimizin güclü müdafiə strukturları ilə gücləndirilməsi layihəsinə start veriləcək" – deyə Şimali Koreya Xalq Ordusunun Baş Qərargahı Koreya Mərkəzi Xəbər Agentliyinin dərc etdiyi hesabatda bildirib.
O, qeyd edib ki, bu tədbirlər Şimali Koreya ərazisini Cənubi Koreya ərazisindən "tamamilə ayıracaq".
Qeyd edək ki, bu iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda sonra baş verir ki, bunlara raket sınaqlarından tutmuş, Şimali Koreyanın cənub sərhədi üzərindən göndərilən yüzlərlə zibil balonuna qədər daxildir.