Bank Of Baku

Sinqapur hava limanında daşınma zamanı 2 şir qəfəsindən çıxıb

Sinqapur hava limanında daşınma zamanı 2 şir qəfəsindən çıxıb
# 12 dekabr 2021 23:32 (UTC +04:00)

Sinqapurun “Çanqi” hava limanında yüklərin daşınması zamanı 2 şir qəfəslərindən çıxıb.

APA xəbər verir ki, bu barədə “The Straits Times” Sinqapur Hava Yollarının nümayəndəsinə istinadən məlumat yayıb.

Dərhal əraziyə baytar həkimlər və mütəxəssislər cəlb olunub. Hadisə yerinə gələn baytarlar heyvanlara yuxu dərmanı vurublar. Bundan sonra şirləri yerli “Mandai Wildlife Group” şirkətinin filialına aparıblar.

Sinqapur Hava Yolları cəmi 7 şirin daşındığını bildirsə də, onların hansı ünvana çatdırılacağının dəqiqləşdirilmədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR