Yeni Dehlidə Almaniya kansleri Olaf Şolts Hindistanın baş naziri Narendra Modi ilə birgə mətbuat konfransında bildirib ki, ölkələr silahlanma sahəsində daha fəal əməkdaşlıq etməyi planlaşdırırlar.
APA-nın məlumatına görə, Şolz Hindistanın alman texnologiyasının keyfiyyətini tanıdığını qeyd edib. Onun sözlərinə görə, tərəflər "çox konkret işgüzar münasibətdə" qarşılıqlı fəaliyyəti genişləndirmək istəyirlər.
Eyni zamanda, Modinin sözlərinə görə, Hindistan Almaniya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı strateji tərəfdaşlığın bir hissəsi hesab edir. O əlavə edib ki, iki ölkə arasında bu sahədə əlaqələrin potensialı var.