Bank Of Baku

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb - YENİLƏNİB

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb - YENİLƏNİB
# 08 dekabr 2024 11:46 (UTC +04:00)

Suriya hökuməti respublikada hakimiyyəti ələ keçirmiş silahlılardan təhlükəsizlik zəmanəti alıb.

APA xəbər verir ki, bu barədə ölkənin rabitə naziri İyad əl-Xatib “Al Arabiya” telekanalına bildirib.

“Hərbi Əməliyyatlar İdarəsindən zəmanət aldıq, silahlılar Dəməşqi nəzarətə götürdü – onlar hökumətin təhlükəsiz fəaliyyətini təmin edəcəyinə söz verib”, - deyə o bildirib.

Əl-Xətib vurğulayıb ki, Dəməşqdə qalan nazirlər xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbaqın harada olduğunu bilmirlər.

Rabitə nazirinin sözlərinə görə, hökumət üzvləri iki gün ərzində öz işlərinə qayıdacaqlar.

***

11:09

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın rabitə naziri məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR