Bank Of Baku

Suriya "İbrahim razılaşmaları"na qoşulmağı planlaşdırmır

Suriya "İbrahim razılaşmaları"na qoşulmağı planlaşdırmır
# 10 yanvar 2026 10:23 (UTC +04:00)

Suriya “İbrahim razılaşmaları”na qoşulmağı planlaşdırmır.

APA xəbər verir ki, bu barədə Suriyanın informasiya naziri Həmzə əl-Mustafa “Al Arabiyya” kanalına danışıb.

“Suriya “İbrahim razılaşmaları”nın iştirakçısı ola bilməz. Çünki İsrail bizim torpağımızı, xüsusilə Colan təpələrini işğal edib. Prezidentin də qeyd etdiyi kimi, bu razılaşmalar İsrailin işğal etmədiyi ölkələr arasındadır”, - suriyalı nazir bildirib.

Qeyd edək ki, “İbrahim razılaşmaları” ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulması haqqında sazişdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR