İsrailin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar regional təhlükəsizlik üçün birbaşa təhdiddir.
APA xəbər verir ki, bunu Suriyanın keçid hökumətində xarici işlər naziri Əsəd əş-Şaybani BMT Təhlükəsizlik Şurasında ölkədəki vəziyyətlə bağlı çıxışı zamanı bildirib.
“İsrailin pozuntuları bölgənin sabitliyinə ciddi təhdid yaradır və sülhə mane olur”, – deyə o vurğulayıb.