Bank Of Baku

Suriyanın ədliyyə naziri: “Siyasi keçid prosesi problemsiz olacaq”

Suriyanın ədliyyə naziri: “Siyasi keçid prosesi problemsiz olacaq”
# 08 dekabr 2024 17:38 (UTC +04:00)

Suriyanın ədliyyə naziri Əhməd Səid hesab edir ki, respublikada hakimiyyətin ötürülməsi problemsiz gedəcək.

APA xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə televiziyası məlumat yayıb.

Nazir televiziyaya verdiyi şərhdə "Siyasi keçid prosesi rəvan gedəcək" deyib. Onun fikrincə, ölkədə vətəndaş müharibəsi olmayacaq.

Nazir onu da deyib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirdilər. Bəşər Əsədin gələcək taleyindən danışan Səid vurğulayıb: “Heç kim Əsədin hara getdiyini və ona nə olduğunu bilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR