Bank Of Baku

Tailandda körpə fili xilas etməyə çalışan 5 fil boğulub

Tailandda körpə fili xilas etməyə çalışan 5 fil boğulub
# 06 oktyabr 2019 09:21 (UTC +04:00)

Tailandın cənubunda yerləşən Xao Yay Milli Parkında körpə fili xilas etməyə çalışan 5 fil şəlalədə boğularaq ölüb.

APA-nın “Matichon Online” portalına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 5-də səhər baş verib.

Milli Parkın əməkdaşları parkda fil səsləri eşidiblər və dərədə 3 yaşlı fil balası və onun xilas etməyə çalışmış iki böyük filin cəsədlərini görüblər. Şəlalənin aşağı hissəsinə gələn əməkdaşlar suda boğulmaqda olan 5 fil aşkarlayıblar. Fillərdən 3-nü kəndirlərlə sudan çıxararaq xilas etmək mümkün olub.

Ümumilikdə, körpə fili xilas etməyə çalışan 5 fil boğularaq ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR