ABŞ Əfqanıstanda “Taliban” mövqelərinə endirdiyi son aviazərbələr zamanı mülki obyektləri də hədəf alıb, buna səbəb mülki əhali arasında qorxu yaratmaqdır.
APA xəbər verir ki, bunu “RİA Novosti”yə “Taliban”ın rəsmi nümayəndəsi Zabiulla Mucahed bildirib.
“Əhali arasında qorxu yaratmaq üçün əsasən mülki obyektlərə - xəstəxanalara, mağazalara, məscidlərə və məktəblərə hücumlar etdilər. Əslində onlar yalnız mülki obyektləri hədəf aldılar”, - Z.Mucahed belə deyib.