Bank Of Baku

Taliban Rusiyaya səfir göndərməyi planlaşdırır

Zabiullah Mücahid

© APA | Zabiullah Mücahid

# 29 dekabr 2021 14:54 (UTC +04:00)

Əfqanıstandakı Taliban hökuməti Rusiyaya səfir təyin etməyi planlaşdırır.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Taliban hökumətinin sözçüsü Zabiullah Mücahid deyib.

“Xüsusilə indi səfirliklərlə bağlı planımız var, Moskvaya səfir təyin etməyi planlaşdırırıq, onu təyin edəcəyik. Səfirliklər və konsulluqlar diplomatik əlaqələr üçün vacibdir və biz bu işdə əməkdaşlıq edirik”, - Z. Mücahid bildirib.

O, səfir təyinatının vaxtını açıqlamayıb və qeyd edib ki, onlar hələ Rusiyadan Taliban hökumətinin tanınması üçün şərtləri almayıblar.

Z. Mücahidin sözlərinə görə, hökumətin tanınması xüsusən ABŞ-la münasibətlərin və etimadın inkişafına töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR