Bank Of Baku

Tayvanda yanğında ölənlərin sayı 46-ya çatıb - YENİLƏNİB

Tayvanda yanğında ölənlərin sayı 46-ya çatıb - YENİLƏNİB
# 14 oktyabr 2021 13:23 (UTC +04:00)

Tayvanın Haosyun şəhərində oktyabrın 14-nə keçən gecə baş vermiş yanğında ölənlərin sayı 46-ya çatıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Haosyun şəhərinin yanğınsöndürmə departamenti məlumat yayıb.

Bildirilib ki, yanğında 41 nəfər xəsarət alıb.

***

10.37

Tayvanın Haosyun şəhərində oktyabrın 14-nə keçən gecə baş vermiş yanğında ən azı doqquz nəfər ölüb.

APA-nın məlumatına görə, Tayvanın mərkəzi informasiya agentliyi xəbər verir ki, yanğın kommersiya və yaşayış təyinatlı binanın 13-cü mərtəbəsini bürüyüb.

Yanğının söndürülməsinə 159 yanğınsöndürən cəlb olunub, alovun qarşısı səhərə yaxın alınıb.

Yanğınsöndürənlər ölü sayının artacağını ehtimal edirlər.

Hadisənin səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR