İranda çirkli hava şəraitinə görə bir sıra bölgələrdə məktəblərdə tətil elan olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, İsfahan və Şərqi Azərbaycan əyalətlərində Təbriz və İsfahan şəhərləri də daxil olmaqla, 14 şəhərdə məktəblərdə dərslər müvəqqəti dayandırılıb.