Bank Of Baku

Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb

Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
# 16 iyul 2026 19:15 (UTC +04:00)

Tehranda baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tehran Yanğınsöndürmə Xidməti məlumat yayıb.

Bildirilib ki, texniki nasazlıq səbəbindən yolun kənarında dayanmış avtobus naməlum səbəbdən qəfil hərəkətə başlayıb. Avtobus qısa məsafə qət etdikdən sonra 5 motosiklet və 2 minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb, motosikletlərdən biri isə yanıb.

Tehran Yanğınsöndürmə Xidmətinin məlumatına əsasən, hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra sürətli avtobusların hərəkəti bərpa olunub və marşrut üzrə nəqliyyatın hərəkəti fasiləsiz davam edir.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR