Tehranda gül bazarında yanğında azı 2 nəfər ölüb

Tehran

© APA | Tehran

# 23 dekabr 2021 18:38 (UTC +04:00)

İranın paytaxtı Tehranda gül bazarında yanğın və partlayış baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Məhallati gül bazarında qeydə alınıb.

Partlayış nəticəsində azı 2 nəfər həlak olub. Bir neçə mağaza dağılıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hazırda dağıntılar altında qalanların xilas edilməsi üçün axtarışlar davam etdirilir.

Ölən və xəsarət alanların sayının artacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR