İranın paytaxtı Tehranda ticarət mərkəzində baş vermiş yanğında 9 nəfər xəsarət alıb.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün yerli vaxtla saat 20:30 radələrində Tehranın Tiraje ticarət mərkəzində baş verib.
Yanğın zamanı 9 nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün Tehranda yaşayış binasında da partlayış baş verib. Partlayış nəticəsində bina çöküb. 19 nəfər xilas edilib. Bir nəfər xəsarət alıb.