Tayvan məsələsi sülh yolu ilə həll edilməlidir.
APA TASS-a istinadən məlumat yayıb ki, bu sözləri Tayvan administrasiyasının rəhbəri Tsay İnven deyib.
“Mövcud qlobal konsensus aydındır ki, Tayvan boğazı məsələsi sülh yolu ilə həll edilməlidir. Müharibə variant deyil. Heç bir tərəf qeyri-sülh və ya birtərəfli qaydada status-kvonu dəyişə bilməz”, - deyə o bildirib.
Tsay İnven vurğulayıb ki, ada administrasiyasının mövqeyi dəyişməzdir.
Bundan əvvəl “Politico” qəzeti yazıb ki, Çinin Tayvanı işğal etməsi ilə bağlı potensial təhlükə mayın 19-dan 21-dək Xirosimada keçiriləcək sammitdə “Böyük yeddilik” ölkələrinin birliyinə maneəyə çevrilib.