Türkiyə BMT-nin Suriyaya ayıracağı humanitar yardımın bölgəyə çatdırılmasında dəstək olacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada livanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə bölgədə sülh və sabitliyin bərqərar olması üçün əməkdaşlığı davam etdirəcək.