Türkiyə dünyada ilk dəfə pilotsuz uçuş aparatından (PUA) qanadlı raket atışı həyata keçirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Demir “TRT Haber”in canlı yayımında bildirib.
O qeyd edib ki, “AKINCI” döyüş PUA-sından atılan “ÇAKIR” raketi dəqiq zərbə ilə hədəfi vurub.