Türkiyə Livandan vətəndaşlarını təxliyə edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Livandakı Türkiyə vətəndaşlarının dəniz yolu ilə təxliyəsi üçün “TCG Sancaktar” və digər gəmilər Livana çatıb.
Təxliyə üçün bölgəyə göndərilən gəmilərlə Livana humanitar yardım da aparılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi bəzi xarici ölkə vətəndaşlarının da təxliyə ediləcəyini bildirib.