Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri aprelin 1-də açıqlanacaq.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
“Səslərin hesablanması davam edir. Biz seçkilərin nəticələrini bazar ertəsi elan etməyi planlaşdırırıq”, deyə Yener qeyd edib.