Türkiyə Silahlı Qüvvələri 17 aprel 2022-ci il tarixində İraqın şimalında başladılan “Pençe-Kilit” antiterror əməliyyatı çərçivəsində 289 PKK terrorçusunu zərərsizləşdirib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Həmçinin, qeyd olunub ki, 330 mağara və sığınacaq məhv edilib.