Türkiyə ordusu son bir həftədə İraq və Suriyanın şimalında 50 terrorçunu zərərsizləşdirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin, qeyd olunub ki, yanvarın 1-dən 942, 24 iyul 2015-ci ildən bugünədək isə 38 285 terrorçu məhv edilib.
Bundan əlavə, qeyri-qanuni yollarla Türkiyəyə keçməyə cəhd edən 4 468 nəfər tutulub.