Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə telefon danışığı aparıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı prezident Ərdoğan COVID-19 testinin nəticəsi müsbət çıxan Yunanıstanın Baş naziri Mitsotakisə tez sağalmağını arzulayıb.