Türkiyə Qəzzada səhra xəstəxanası qurmaq üçün İsrail və Misirlə danışıqlar aparıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O əlavə edib ki, ölkəsi hazırda 88-i xəstə olmaqla cəmi 150 nəfəri Qəzzadan müalicə üçün Türkiyəyə təxliyə edib.