Bank Of Baku

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyə müdafiə naziri Hulusi Akar

© APA | Türkiyə müdafiə naziri Hulusi Akar

# 07 iyul 2021 22:22 (UTC +04:00)

Türkiyə müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Müdafiə nazirləri Əfqanıstandakı Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsizliyi, eləcə də mühafizəsi ilə bağlı Türkiyə və ABŞ-ın texniki heyətləri arasında keçirilən müzakirələrdəki son vəziyyət barədə danışıblar. 
Müdafiə nazirləri iyulun 8-də də telefon əlaqəsi saxlayaraq müzakirələri davam etdirmək barədə razılaşıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR