Bank Of Baku

Türkiyə və Misir Liviya mövzusunda daha sıx əməkdaşlıq edəcək

Türkiyə və Misir Liviya mövzusunda daha sıx əməkdaşlıq edəcək
# 13 aprel 2023 19:43 (UTC +04:00)

"Bundan sonra Liviya mövzusunda Misir və Türkiyə olaraq daha sıx formada əməkdaşlıq edəcəyik".

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şükri ilə mətbuat konfransı zamanı deyib.

“Bizim əməkdaşlığımız ümumi bölgə üçün də çox önəmlidir. Bugünkü görüşdə, əslində, fikirlərimizin çox da ayrı olmadığını, bir yol xəritəsi üzərində çalışaraq daha yaxın iş birliyi içində olmağın vacibliyinə inandıq”, - Çavuşoğlu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR