Türkiyə XİN Əl-Əqsa məscidində baş verən hadisə ilə bağlı bəyanat verib

Türkiyə XİN Əl-Əqsa məscidində baş verən hadisə ilə bağlı bəyanat verib
# 13 avqust 2024 19:38 (UTC +04:00)

“Aralarında nazirlərin də olduğu yüzlərlə radikal israillinin polisin himayəsi altında Əl-Əqsaya basqın etməsi Qüdsün tarixi statusunu pozan təxribatdır və bölgəmizdə gərginliyi daha da artıracaq”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu təxribatçı hərəkət İsrail tərəfinin sülhə nail olmaq niyyətində olmadığını bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyət İsrail hökumətinin Qəzzada törətdiyi vəhşilikləri dayandırmaq və bütün regionumuzun sabitliyini hədəf alan bu cür hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”, - deyə bəyanatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR