Türkiyədə Ərzurumun Köprüköy rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 11:31-də qeydə alındığını açıqlayıb.
Yerin 7 kilometr dərinliyində baş verən zəlzələ ətraf rayonlarda da hiss olunub.
Qeyd edək ki, noyabrın 19-da da eyni ərazidə 5,1 bal gücündə zəlzələ olub, dağıntılar zamanı iki nəfər yaralanıb.