Bank Of Baku

Türkiyədə bu gün koronavirusdan 124 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 124 nəfər ölüb
# 10 avqust 2021 23:15 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 124 nəfər həyatını itirib.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki,  Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 264 647 nəfər test edilib, onların 26 597-nin koronavirus testi pozitiv nəticə verib, 14 954 nəfər sağalıb. 

Nazirliyin  covid19.saglik.gov.tr  saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 79 014 674  peyvənd tətbiq edilib. 

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca COVID-19 infeksiyasının sürətlə yayılmaması üçün peyvənd olunmanın vacibliyini  bir daha vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR