Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 257 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 314 793 nəfər test edilib, onların 23 846-nın koronavirus testi pozitiv nəticə verib, 31 322 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 100 267 925 peyvənd tətbiq edilib ki, bunun 82,05 faizi birinci mərhələ vaksinasiya olunanlardır.