Türkiyədə hərbi helikopter təlim zamanı dənizə məcburi eniş edib

Türkiyədə hərbi helikopter təlim zamanı dənizə məcburi eniş edib
# 13 may 2025 13:15 (UTC +04:00)

Türkiyədə davam edən “DENİZKURDU-II/2025 təlimi zamanı Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus SH-70 tipli hərbi helikopterin uçuşu vaxtı texniki nasazlıq baş verib.

APA NTV-yə istinadən xəbər verir ki, helikopter dənizə məcburi eniş edib.

Milli Müdafiə Nazirliyi helikopterin dörd ekipaj üzvünün vəziyyətinin yaxşı olduğunu bildirib.

Hərbçilər müayinə olunmaq üçün xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR