Bank Of Baku

Türkiyədə idman yarışlarına azarkeşlər buraxılacaq

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca

© APA | Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca

# 29 iyun 2021 18:25 (UTC +04:00)

Türkiyədə idman yarışları məhdud sayda azarkeş iştirakı ilə keçiriləcək.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 

Səhiyyə naziri deyib k, Türkiyədə COVID-19-un "Delta plus" ştammı qeydə alınmasa da, ölkədə "Delta" ştammına yoluxmaların sayı artır.

Onun sözlərinə görə, COVID-19 infeksiyasının bu variantına yoluxanların sayı 224-ə qalxıb. 

"Delta" ştammı aşkarlanan vilayətlərin sayı isə 16-dan 26-ya yüksəlib.

Fəxrəddin Qoca bildirib ki, yeni növ koronavirus infeksiyasının "Delta" ştammına yoluxanlardan 134-ü İstanbuldadır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR