Bank Of Baku

Türkiyədə polisin cinayətkar qrupa qarşı əməliyyatında 12 nəfər yaxalanıb

Türkiyədə polisin cinayətkar qrupa qarşı əməliyyatında 12 nəfər yaxalanıb
# 26 mart 2024 10:44 (UTC +04:00)

Türkiyənin Tunceli vilayətində polisin keçirdiyi əməliyyatda mütəşəkkil cinayətkar qrupun üzvü olduğu bildirilən 12 şübhəli yaxalanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında bildirib.

Qeyd olunub ki, Tuncelidə eyni vaxtda keçirilən “Mahzen-20” əməliyyatlarında aralarında mütəşəkkil cinayətkar qruplaşma lideri Serdar Alpın da olduğu 12 şübhəli saxlanılıb.

Nazir, ölkəni mütəşəkkil cinayət təşkilatlardan təmizləməkdə qərarlı olduqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR