Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkədələrdə yaşayan 452 257 Türkiyə vətəndaşı səs verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb.
Qeyd olunub ki, səsvermə 73 ölkədəki 156 nümayəndəlik və sərhəd buraxılış məntəqələrində keçirilib. Türkiyə xaricində ümumilikdə 3 461 seçki qutusu quraşdırılıb.