Bank Of Baku

Türkiyədə qarlı havada yol qəzası baş verib, ölən və yaralılar var 

Türkiyədə qarlı havada yol qəzası baş verib, ölən və yaralılar var 
# 18 dekabr 2021 21:32 (UTC +04:00)

Türkiyədə Qars-Ərzurum magistral yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qarlı-çovğunlu hava şəraitində sərnişin avtobusu yoldan çıxaraq, aşıb.

İlkin məlumatlara görə, qəzada 6 nəfər ölüb və çox sayda yaralı var.

Hadisə yerinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis, təhlükəsizlik və səhiyyə xidmətləri cəlb olunub, yaralılar xəstəxanalara daşınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR