Türkiyədə baş vermiş zəlzələlərdə 16 Livan vətəndaşı həlak olub.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada livanlı həmkarı və Livanın nəqliyyat naziri ilə birgə mətbuat konfransında bildirib.
Nazir, zəlzələ nəticəsində yaralanan Livan vətəndaşları da var.
O, Livan xilasedicilərinin axtarış əməliyyatlarında iştirak etdiyini də diqqətə çatdırıb.