Bank Of Baku

Xamenei: İran PUA-larının şəkillərini fotoşop adlandıranlar, indi onların çox təhlükəli olduğunu deyir

Xamenei: İran PUA-larının şəkillərini fotoşop adlandıranlar, indi onların çox təhlükəli olduğunu deyir
# 19 oktyabr 2022 15:18 (UTC +04:00)

Əvvəllər deyirdilər ki, İran pilotsuz uçuş aparatlarının şəkilləri fotoşopdur. İndi deyirlər ki, İranın pilotsuz uçuş aparatları çox təhlükəlidir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün yüksək elmi intellekti və istedadı olan gənclərlə görüşündə deyib.

Ayətullah Xamenei İranın ölkənin elmi uğurları sırasında kosmik peyklərinin olması, Tehran Universitetində insanabənzər robotların hazırlanması, koronavirusa qarşı peyvəndin hazırlanması və s. barədə danışıb.

O, nüvə energetikası sahəsində də ciddi uğurların olduğunu qeyd edib.

“Nüvə sənayesində fundamental məsələləri həll etmişik. Nüvə silahı istəmirik, amma nüvə sənayesinin özünün çoxlu faydası var”, Xamenei deyib.

O həmçinin, İranın raket və dron istehsalındakı uğurlarından danışıb.

“Bir neçə il əvvəl İran pilotsuz təyyarələrinin şəkillərini fotoşop olduğunu deyənlər, indi deyirlər ki, İranın pilotsuz təyyarələri çox təhlükəlidir", - Xamenei deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR