Xarici ölkələrdə yaşayan 1 milyon 600 min Türkiyə vətəndaşı 14 mayda baş tutacaq prezident və parlament seçkiləri çərçivəsində səs verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Yüksək Seçki Şurası (YSK) məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə xaricində yaşayan 3 milyon 416 min 98 seçici üçün səsvermə prosesi sabah başa çatacaq.