Bakı - APA. Suriya böhranı ilə bağlı “Cenevrə-2” sülh konfransı dekabrın 12-də başlayacaq.
APA-nın verdiyi məlumata görə, bu barədə Suriyanın “Al-Watan” qəzeti məlumat yayıb.
Qəzetin diplomatik mənbələrə istinadən yaydığı məlumatda qeyd edilir ki, ABŞ dövlət katibi Con Kerri Fransa xarici işlər naziri Loren Fabiusa deyib ki, BMT baş katibi Pan Gi Mun konfransın tarixini rəsmən noyabrın 25-də açıqlayacaq.