Bank Of Baku

“Hizbullah” hərəkatının lideri tərəfdarlarının Suriyadakı döyüşlərdə iştirakını etiraf edib

“Hizbullah” hərəkatının lideri tərəfdarlarının Suriyadakı döyüşlərdə iştirakını etiraf edib
# 25 may 2013 22:39 (UTC +04:00)

Bakı-APA. Livanın “Hizbullah” hərəkatının lideri Şeyx Nəsrullah ilk dəfə izdiham qarşısında tərəfdarlarının Suriyada gedən döyüşlərdə iştirakını etiraf edib və Bəşər Əsəd rejiminə qarşı çıxanların məğlub olacaqlarına söz verib.

 

Onun sözlərinə görə, son zamanlaradək “Hizbullah” Suriyadakı hadisələrə müdaxilə etmirdi, lakin Livanı qorumaq üçün bunu etməyə məcbur olub. O bildirib ki, ölkənin sərhədləri yaxınlığında minlərlə ekstremistlərin olması “nəinki müsəlmanlara, hətta xristianlara və druzlara” -  bütün Livam xalqına təhlükə yaradır.  

 

“Hizbullah” hərəkatının az sayda üzvlərinin döyüşlərdə iştirakı “Suriya dostlarının” kəskin etirazına səbəb oldu, lakin onlar nə üçünsə üsyançıların tərəfində on minlərlə qatı islamçıların iştirakına görə qətiyyən hiddətlənmir”, deyə Şeyx Nəsrullah  Maşqara şəhərində çıxışı zamanı qeyd edib.  

 

Onun sözlərinə görə, “Hizbullah”ın Suriyadakı döyüşlərdə iştirakı barədə qərar Suroya  müxalifəti sıralarında barışmaz islamçılar çoxluq təşkil etdikdən sonra verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR