Bank Of Baku

“Reuters”: İsrail İranın Əraq nüvə reaktoruna hücum edə bilər

“Reuters”: İsrail İranın Əraq nüvə reaktoruna hücum edə bilər
# 03 iyun 2013 11:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsrail İranın Əraq nüvə reaktoruna inşaat işləri bitmədən hücum edə bilər. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

 

Məlumatda bildirilir ki, rəsmi Təl-Əviv bundan əvvəl də Orta Şərqdə oxşar obyektləri bombalayıb. Xəbərdə həmçinin İsrailin Əraq nüvə reaktorunun istifadəyə veriləcəyi tarixi diqqətlə izlədiyi və bölgədə radioaktiv sızıntı faciəsinin qarşısının alınması üçün hər cür hücumun həmin tarixdən əvvəl təşkil edilməsinin lazım olduğunu düşündüyü vurğulanıb.

 

Qeyd edək ki, Əraq nüvə reaktorunun gələn il istifadəyə verilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR