Bank Of Baku

“Taliban”: “Kabildə raket zərbələrinin hədəfi Con Kerri olub”

“Taliban”: “Kabildə raket zərbələrinin hədəfi Con Kerri olub”
# 11 aprel 2016 02:08 (UTC +04:00)

Bakı-APA. “Taliban” hərəkatı  Əfqanıstanın paytaxtı Kabilə endirilən raket zərbələrinə görə məsuliyyəti öz üzərinə götürüb.


APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə “Taliban”ın bəyanatında deyilir.  


Terrorçuların hədəfində isə qəflətən Əfqanıstana səfər edən ABŞ dövlət katibi Con Kerri olub.


Qeyd edək ki, partlayışlar aprelin 9-da Kabilin diplomatik məhəlləsində törədilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR