Bakı-APA. Avstraliyada terror aktı hazırlamaqda günahkar bilinən 19 yaşlı İŞİD tərəfdarı Sevdet Besim on il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yanvarda həbs edilən S.Besim Melburn şəhərində "Veteranlar Günü" bayramının qeyd edilməsi mərasimində partlayış törətməyə hazırlaşırmış.
Sevdet Besim bütün ittihamlar üzrə günahını boynuna alıb. Qeyd olunur ki, S.Besim partlayıcı maddəni Avstraliyanın dövlət rəmzi sayılan kenqurunun kisəsində yerləşdirmək fikrində olub.