Bakı. Real Cəfərli - APA. “İran İraqdakı böhranın həllində konstruktiv rol oynaya bilər”.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İranın İraqdakı mövcud böhranın nizamlanmasındakı mövqeyi ABŞ-ın mövqeyi kimi qərəzsiz olarsa və bütün iraqlı qrupların maraqlarına uyğun gələrsə, onda Ağ Ev onu dəstəkləyəcək: “Əks təqdirdə, İran yalnız şiələri dəstəkləmək məqsədilə İraqdakı böhranın həllində iştirak edərsə, bu, nəticə etibarilə vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər”.