Bank Of Baku

Bəşər Əsəd: “Müharibə nəticəsində Dəməşq-Tehran münasibətləri güclənib”

Bəşər Əsəd: “Müharibə nəticəsində Dəməşq-Tehran münasibətləri güclənib”
# 12 yanvar 2016 11:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Suriyadakı müharibə nəticəsində Dəməşqlə Tehran arasındakı münasibətlər möhkəmlənib”.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə səfərdə olan İran daxili işlər naziri Abdulreza Rahmani Fazli ilə görüşdə bəyan edib.

 

“Suriya və İran qardaş xalqlardır, onlar daim bir-birini müdafiə edib”, - deyə o vurğulayıb.

 

B. Əsəd İran İslam Respublikasının Suriya xalqına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR