Bank Of Baku

BMT-nin Mədəni, İqtisadi və Sosial Komitəsi İrana etnik azlıqlarla bağlı tövsiyə verib

BMT-nin Mədəni, İqtisadi və Sosial Komitəsi İrana etnik azlıqlarla bağlı tövsiyə verib
# 30 may 2013 08:43 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT-nin Mədəni, İqtisadi və Sosial Komitəsi İrana etnik azlıqlar və digər məsələlərlə bağlı problemlərin həlli ilə bağlı 30-dan artıq təklifləri özündə əks etdirən tövsiyə verib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, BMT Komitəsi İran hökumətini dövlət büdcəsindən etniklər yaşayan bölgələrə hər il ayrılan vəsaiti artırması, ev və məişət şəraitini yaxşılaşdırması, içməli su, elektrik enerjisi, yol, məktəb, tibbi vasitələr və dərmanlarla təmin etməsi, həmin ərazilərin ətraf mühitini, ekologiyasını qoruması üçün əməli atmağa çağırıb.

 

Eyni zamanda BMT-nin Mədəni, İqtisadi və Sosial Komitəsi etniklərə ölkənin rəsmi dili olan fars dili ilə yanaşı, öz ana dillərində də təhsil almağa, öz mədəniyyətlərini inkişaf etdirmək üçün müstəqil şəkildə kitab, qəzet buraxmağa şərait yaratmağa və heç bir məhdudiyyət qoymadan Azərbaycan türkcəsi, ərəb, bəluc və s. dillərdə yaymağa rəsmi şəkildə tanımağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR