Bank Of Baku

Böyük Britaniya vətəndaşları üçün İrana səfər etməmək barədə tövsiyə xarakterli qadağası qaldırılıb

Böyük Britaniya vətəndaşları üçün İrana səfər etməmək barədə tövsiyə xarakterli qadağası qaldırılıb
# 19 iyul 2013 09:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi İrana səfər etməmək barədə ölkə vətəndaşları üçün tövsiyə xarakterli qadağasını qaldırıb.

 

APA-nın “Press TV”yə istinadən məlumatına görə, artıq nazirliyin rəsmi veb-səhifəsində bununla bağlı yerləşdirilmiş xəbərə düzəliş edilib. Ancaq Böyük Britaniya XİN İran səfər etmək istəyən ölkə vətəndaşlarına bu dövlətin Əfqanıstan və Pakistanla sərhədləri daxil olmaqla şərq bölgələrinə getməməyi məsləhət görüb.

 

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə İranla əlaqələri addım-addım düzəltməyə hazır olduqlarını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR