Bakı. Real Cəfərli - APA. Buşəhr Atom-Elektrik Stansiyası (AES) yenidən fəaliyyətə başlayıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.
Onun sözlərinə görə, Buşəhr AES enerji sərfi üçün lazım olan yanacağın 1/3-i yerləşdirildikdən sonra mayın 31-də işə salınıb: “Ötən müddət ərzində stansiyanın müxtəlif sahələrində təkrar sınaqlar keçirilib və müvəffəqiyyətli olub. Yaxın günlərdə Buşəhr AES elektrik şəbəkəsinə qoşulacaq”.
Qeyd edək ki, Buşəhr AES-in fəaliyyəti ötən ilin qışında bir il elektrik enerjisi hasil etdikdən sonra yanacaq yerləşdirilməsi üçün dayandırılıb.