Cənubi Koreyada yanacaq daşıyan yük avtomobili qəzaya uğrayıb.
APA-nın “Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Çxanvon şəhərinin yaxınlığında baş verib.
Qarşısına çıxan digər avtomobillə toqquşan benzin daşıyan avtomobil alışıb. Hadisə nəticəsində 4 nəfərin öldüyü təsdiqlənib. Onlardan biri də azyaşlı olub. Daha bir nəfər yaralanıb.
İlkin ehtimala görə, qəzaya səbəb yanacaq daşıyan yük avtomobilinin əyləc sistemində yaranmış nasazlıq olub.